Yay Məktəbinin şagirdləri sinif otağından kənarda öyrəniblər
Bakı Modern Təhsil Kompleksinin Yay Məktəbi hər gün yeni təcrübələr, dostluqlar və unudulmaz xatirələrlə davam edir.
Maraqlı ekskursiya proqramı çərçivəsində şagirdlər öyrənmə prosesini sinif otağından kənara daşıyaraq ətraf aləmi kəşf ediblər. Onlar həm əylənib, həm də müşahidə, araşdırma və komanda işi bacarıqlarını inkişaf etdiriblər.
