Müəllimlər Van Qoqun sənət yanaşmalarını master-klassda öyrəniblər
Bakı Modern Təhsil Kompleksində sinif rəhbərləri və fənn müəllimləri üçün Van Qoqun yaradıcılığından ilhamlanan master-klass təşkil olunub.
Master-klass zamanı müəllimlər görkəmli rəssamın sənət üslubu, rəng və kompozisiya yanaşmaları ilə tanış olub, bu yanaşmaları praktik fəaliyyətlərdə tətbiq ediblər. Tədbirin məqsədi müəllimlərin yaradıcılıq potensialını inkişaf etdirmək və incəsənət vasitəsilə dərs prosesinə yeni metod və yanaşmalar qazandırmaq olub.









