Sertifikasiya prosesini uğurla başa vuran müəllimlər təltif olundular
Bakı Modern Təhsil Kompleksi, Modern Uşaq Akademiyası və Baby Plaza Uşaq Bağçasının müəllimlərin sertifikasiya imtahanında uğurla iştirak edən pedaqoqlarının təltif olunması mərasimi keçirilib.
Sertifikasiya prosesini uğurla başa vuran müəllimlər təhsilin keyfiyyətinin yüksəldilməsi, peşəkar inkişaf və müasir tədris yanaşmalarının tətbiqi istiqamətində göstərdikləri əzmə görə təltif olunublar. Bakı Modern Təhsil Kompleksi daim öz üzərində çalışan, yeniliklərə açıq və yüksək peşə məsuliyyəti daşıyan müəllimlərin təhsildə dayanıqlı uğurun əsasını təşkil etdiyinə inanır.


















