Sertifikasiya imtahanında uğur qazanan müəllimlər təltif olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksi, Modern Uşaq Akademiyası və Baby Plaza Uşaq Bağçasında müəllimlərin sertifikasiya imtahanında uğurla iştirak edən pedaqoqların təltifetmə mərasimi keçirilib.

Sertifikasiya prosesini uğurla başa vuran müəllimlər təhsilin keyfiyyətinin yüksəldilməsi, peşəkar inkişaf və müasir tədris yanaşmalarının tətbiqi istiqamətində göstərdikləri əzm və fədakarlığa görə təltif olunublar.

Bakı Modern Təhsil Kompleksi hesab edir ki, təhsildə dayanıqlı uğurun əsasını daim öz üzərində çalışan, yeniliklərə açıq və yüksək peşə məsuliyyəti daşıyan müəllimlər təşkil edir. Pedaqoqların bu uğuru həm onların şəxsi inkişafı, həm də şagirdlərin gələcək nailiyyətləri üçün möhkəm təməl yaradır.