Müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi üzrə imtahan keçirilib
Bu gün kompleksimizdə müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi məqsədilə növbəti imtahan uğurla keçirilib.
Müəllimlərimizin bilik və bacarıqlarının davamlı inkişafını təmin etmək üçün bu imtahanlar il ərzində mütəmadi olaraq iki dəfə təşkil olunur. Bu yanaşma tədris keyfiyyətinin yüksəldilməsinə və şagirdlər üçün daha effektiv təhsil mühitinin yaradılmasına xidmət edir.
