UCL müəllimi Fibonacci Robototexnika Olimpiadası ilə bağlı təəssüratlarını bölüşüb
Martın 7–8-də Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi etdiyi Fibonacci Robototexnika Olimpiadasının fəxri qonaqlarından biri, dosent Evangelos Mazomenos tədbirlə bağlı təəssüratlarını bölüşüb.
Cənab Mazomenos UCL-in Tibbi Fizika və Biotibbi Mühəndislik Departamentində müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatları yeni nəsil cərrahiyyə və səhiyyə robot sistemləri üçün kompüter görməsi və süni intellekt sahələrinə yönəlib.
Bakı Modern Təhsil Kompleksi tədbirdə iştirakına görə cənab Mazomenosa təşəkkür edir.
