UCL-dən robototexnika üzrə mütəxəssis Fibonacci Robotika Olimpiadası barədə fikirlərini bölüşüb

View on Instagram

Martın 7–8-də Baku Modern Təhsil Kompleksinin ev sahibliyi etdiyi Fibonacci Robotika Olimpiadasının fəxri qonaqlarından biri, dosent, fəlsəfə doktoru Sophia Bano tədbirlə bağlı fikirlərini bölüşüb.

Dr. Bano UCL-in Kompüter Elmləri Departamentində robototexnika və süni intellekt üzrə dosent vəzifəsində çalışır. O, həmçinin London Universitet Kollecindəki Wellcome/EPSRC Müdaxilə və Cərrahi Elmlər Mərkəzinin, Süni İntellekt Mərkəzinin və UCL Robototexnika İnstitutunun üzvüdür. Baku Modern Təhsil Kompleksi tədbirdə iştirakına görə ona təşəkkürünü bildirib.