Toronto Universitetinin professoru Fibonacci Robot Olimpiadası barədə fikirlərini bölüşüb

View on Instagram

Martın 7–8-də Baku Modern Təhsil Kompleksinin ev sahibliyi etdiyi Fibonacci Robot Olimpiadasının seçilən qonaqlarından biri, dosent doktor Shoshanna Saxe tədbirlə bağlı fikirlərini bölüşüb.

Dr. Saxe Toronto Universitetinin Mülki və Mineral Mühəndisliyi Departamentində dosent və Dayanıqlı İnfrastruktur üzrə II dərəcəli Kanada Tədqiqat Kafedrasının rəhbəridir. Baku Modern Təhsil Kompleksi tədbirdə iştirakına görə Dr. Saxe-ə təşəkkürünü bildirib.