Fibonacci Beynəlxalq Robot Yarışından sonra könüllülər üçün mərasim keçirilib

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Bakı İdman Sarayında ev sahibliyi etdiyi ikinci Fibonacci Beynəlxalq Robot Yarışı uğurla başa çatıb.

Tədbirin təşkilində 70-dən çox könüllü fəal iştirak edib. Onların zəhməti, enerjisi və komandaya dəstəyi sayəsində yarış yüksək səviyyədə keçirilib.

Yarışda iştirak edən könüllülər üçün Bakı Modern Təhsil Kompleksində sertifikat təqdimetmə mərasimi təşkil olunub. Mərasimdən sonra iştirakçılar iftar süfrəsi arxasında bir araya gələrək bu unudulmaz anları bölüşüblər.

Hər bir könüllüyə iştirakına görə təşəkkür edilib.