Fibonacci Beynəlxalq Robot Yarışından sonra könüllülər təltif olundu

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə ikinci dəfə Bakı İdman Sarayında keçirilən Fibonacci Beynəlxalq Robot Yarışı uğurla başa çatıb.

Tədbirin təşkilində 70-dən çox könüllü fəal iştirak edib. Onların zəhməti, enerjisi və komandaya dəstəyi sayəsində yarış yüksək səviyyədə keçirilib.

İştirak edən könüllülər üçün Bakı Modern Təhsil Kompleksində sertifikat təqdimetmə mərasimi təşkil olunub. Daha sonra könüllülər birlikdə iftar süfrəsi arxasında toplaşaraq xoş anları bölüşüblər. Təşkilatçılar bütün könüllülərə iştiraklarına görə təşəkkür ediblər.