Fibonacci Beynəlxalq Robot Yarışından sonra könüllülərə sertifikatlar təqdim olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə ikinci dəfə Bakı İdman Sarayında keçirilən Fibonacci Beynəlxalq Robot Yarışı uğurla başa çatıb.

Tədbirin təşkilində 70-dən çox könüllü fəal iştirak edib. Yarışda iştirak edən könüllülər üçün Bakı Modern Təhsil Kompleksində sertifikat təqdimetmə mərasimi keçirilib. Mərasimdən sonra iftar süfrəsi təşkil olunub. Kompleks bütün könüllülərə iştiraklarına görə təşəkkürünü bildirib.