Fibonacci Beynəlxalq Robot Yarışından sonra könüllülər təltif olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə ikinci dəfə Bakı İdman Sarayında keçirilən Fibonacci Beynəlxalq Robot Yarışı uğurla başa çatıb.

Tədbirin təşkilində 70-dən çox könüllü fəal iştirak edib. Onların zəhməti, enerjisi və komandaya dəstəyi sayəsində yarış yüksək səviyyədə keçirilib.

İştirakçı könüllülər üçün Bakı Modern Təhsil Kompleksində sertifikat təqdimetmə mərasimi təşkil olunub. Mərasimdən sonra könüllülər iftar süfrəsi arxasında bir araya gələrək bu gözəl anları birlikdə bölüşüblər. Hər bir könüllüyə iştirakına görə təşəkkür edirik.