İbtidai sinif şagirdləri yüksək nailiyyətlərinə görə təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.

Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai siniflərində təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərə görə təltif olunublar. Bu uğurlar şagirdlərin məqsədyönlü fəaliyyəti və davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi dəyərləndirilib.

Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Məktəb şagirdləri təbrik edir və onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulayır.