Bakı Moderndə balaca məzunlar əlamətdar mərhələni qeyd etdilər

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində böyük sevinc və qürur hissi ilə Məzun Günü qeyd olundu. Tədbirdə Azərbaycan və rus bölmələrinin 4-cü, həmçinin ingilis bölməsinin 5-ci sinif şagirdləri iştirak etdilər.

Balaca məzunlarımız təhsillərinin bir mərhələsini uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.