Bakı Moderndə balaca məzunlar üçün yaddaqalan bayram keçirilib

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü sinif, eləcə də ingilis bölməsinin 5-ci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.