Balaca məzunlar mühüm təhsil mərhələsini başa vurmağın sevincini yaşadılar
Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü, ingilis bölməsinin isə 5-ci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.
Balaca məzunlarımız təhsillərinin bir mərhələsini uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.
