Balaca Məzunlar Məktəb Həyatının Mühüm Mərhələsini Başa Vurdular
Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü sinif, eləcə də ingilis bölməsinin 5-ci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.
Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq təbəssümləri bu günü daha da yaddaqalan etdi.
Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.
