Balaca məzunlar təhsildə mühüm mərhələnin tamamlanmasını qeyd etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan və rus bölmələrinin 4-cü, ingilis bölməsinin isə 5-ci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Balaca məzunlar təhsildə bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında bol uğurlar arzulayırıq.