Balaca üzgüçülər “Şən Delfinlər” yarışında mübarizə aparıblar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Modern Təhsil Kompleksi “Şən Delfinlər” üzgüçülük yarışını təşkil edib.
Yarışda BMTK şagirdləri ilə yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyasının və Baby Plaza Uşaq Bağçasının şagirdləri də fəal iştirak ediblər.
Balaca iştirakçılar yarış boyunca öz bacarıqlarını və idman ruhunu nümayiş etdirərək I, II və III yerlərə layiq görülüblər. Qaliblər təbrik edilib, bütün iştirakçılara isə yeni uğurlar arzulanıb.














