Balaca üzgüçülər “Şən Delfinlər” yarışında bacarıqlarını nümayiş etdirdilər
May ayı ərzində Bakı Modern Təhsil Kompleksi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Şən Delfinlər” üzgüçülük yarışını təşkil etdi.
Yarışda Bakı Modern Təhsil Kompleksinin şagirdləri ilə yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyasının və Baby Plaza Uşaq Bağçasının uşaqları da fəal iştirak etdilər.
Balaca iştirakçılar yarış boyunca öz bacarıqlarını və idman ruhunu nümayiş etdirərək müvafiq olaraq I, II və III yerlərə layiq görüldülər. Qaliblər təbrik edildi, bütün iştirakçılara isə yeni uğurlar arzulandı.














