Balaca üzgüçülər “Şən Delfinlər” yarışında bacarıqlarını nümayiş etdirdilər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş və may ayı ərzində keçirilən silsilə tədbirlər çərçivəsində Bakı Modern Təhsil Kompleksi “Şən Delfinlər” üzgüçülük yarışını təşkil etdi.
Yarışda Bakı Modern Təhsil Kompleksinin şagirdləri ilə yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyası və Baby Plaza Uşaq Bağçasının şagirdləri də fəal iştirak etdilər.
Balaca iştirakçılar yarış boyunca öz bacarıqlarını və idman ruhunu nümayiş etdirərək müvafiq olaraq I, II və III yerlərə layiq görüldülər. Qaliblər təbrik edildi, bütün iştirakçılara isə yeni uğurlar arzulandı.
