Argentina səfirliyinin konsulu Baku Modern Education Complex-də

View on Instagram

Argentina səfirliyinin konsulu Matías Manuel Baeza Baku Modern Education Complex-in qonağı olub. Görüşdə şagirdlər üçün beynəlxalq əlaqələrin və mədəniyyətlərarası ünsiyyət imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Şagirdlərimiz kompleksdə öyrəndikləri ispan dilində Argentina haqqında təqdimatlarla çıxış ediblər. Konsul isə ölkəsi haqqında maraqlı məlumatlar bölüşərək onların suallarını cavablandırıb.

Belə görüşlər şagirdlərimizin xarici dil biliklərini real ünsiyyətdə tətbiq etməsinə və fərqli mədəniyyətləri yaxından tanımasına şərait yaradır.