Argentina səfirliyinin konsulu Baku Modern Education Complex-də
Argentina səfirliyinin konsulu Matías Manuel Baeza Baku Modern Education Complex-in qonağı olub. Görüşdə şagirdlər üçün beynəlxalq əlaqələrin və mədəniyyətlərarası ünsiyyət imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Kompleksdə ispan dili öyrənən şagirdlər Argentina haqqında ispan dilində təqdimatlarla çıxış ediblər. Konsul ölkəsi haqqında maraqlı məlumatlar bölüşüb və şagirdlərin suallarını cavablandırıb.
Belə görüşlər şagirdlərə xarici dil biliklərini real ünsiyyətdə tətbiq etmək və fərqli mədəniyyətləri daha yaxından tanımaq imkanı yaradır.
















