Bakı Modern Təhsil Kompleksi Xocalı soyqırımı qurbanlarını yad edir

View on Instagram

26 fevral Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı Soyqırımının ildönümüdür. 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində yüzlərlə insan həyatını itirmiş, ailələr faciələrlə üzləşmiş və insanlıq dəyərlərinə qarşı ağır cinayət baş vermişdir.

Bakı Modern Təhsil Kompleksi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir və tariximizin bu ağrılı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının, yaddaşlarda yaşadılmasının hər birimizin məsuliyyəti olduğunu vurğulayır.