Bakı Modern şagirdləri Fibonacci Beynəlxalq Robot Olimpiadasının finalına vəsiqə qazanıblar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri Fibonacci Beynəlxalq Robot Olimpiadasının regional mərhələsində uğurlu nəticə göstərərək beynəlxalq finala vəsiqə qazanıblar.
Şagirdlər 30-dan çox ölkənin iştirak edəcəyi finalda İtaliyanın Roma şəhərində Azərbaycanı təmsil edəcəklər.
Məktəb kollektivi komandaya güvəndiyini bildirərək şagirdlərə beynəlxalq yarışda uğurlar arzulayıb.
