Nəzrin Əliyeva Dubayda üç ali təhsil müəssisəsindən qəbul təklifi alıb

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdi Nəzrin Əliyeva Dubayda fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınan üç ali təhsil müəssisəsindən qəbul təklifi alıb.

O, Heriot-Watt University, Dubai-dən 8 000 AED məbləğində endirim, Dubai Institute of Design and Innovation-dan isə 50%-lik təqaüd əldə edib. Nəzrin həmçinin Istituto Marangoni The School of Design, Dubai-dən də qəbul təklifi alıb.

Bu nailiyyətlər Nəzrinin fədakarlığını, akademik ambisiyasını və uğurlu gələcək qurmaq əzmini əks etdirir. Məktəb Nəzrini təbrik edib, Study Abroad şöbəsinə peşəkar rəhbərliyi və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.