Fibonacci Riyaziyyat Olimpiadasının Azərbaycan Çempionatı BMTC-də keçiriləcək
Fibonacci Riyaziyyat Olimpiadasının Azərbaycan Çempionatı 20–21 fevral 2027-ci il tarixlərində Bakı Modern Təhsil Kompleksində keçiriləcək.
Olimpiada Azərbaycanın riyaziyyat üzrə istedadlı şagirdlərini bir araya gətirərək iştirakçılara akademik potensiallarını nümayiş etdirmək, analitik və məntiqi düşüncə bacarıqlarını sınamaq və intellektual rəqabət mühitində yeni nailiyyətlər qazanmaq imkanı yaradacaq.
Beynəlxalq olimpiada platformasının bir hissəsi olan tədbir şagirdlərə bilik və bacarıqlarını daha yüksək səviyyədə nümayiş etdirmək və gələcək akademik uğurlarına zəmin yaratmaq fürsəti verəcək. Qeydiyyat artıq açıqdır.
