Şagirdlərlə məktəbdaxili nizam-intizam qaydaları müzakirə edildi

View on Instagram

Bakı Modern Təhsil Kompleksində şagirdlərlə nizam-intizam qaydalarına həsr olunmuş assambleya keçirildi.

Görüş zamanı məktəbdaxili qaydalara riayət edilməsi, dərslərə vaxtında gəlmək, müəllim və şagirdlərlə qarşılıqlı hörmət əsasında ünsiyyət qurmaq, eləcə də məktəb mühitində məsuliyyətli davranış nümayiş etdirmək barədə danışıldı.