Valideynlər yeni tədris ilinin prioritetlərini müəllimlərlə müzakirə etdilər

View on Instagram

Yeni tədris ilinin başlanğıcı ərəfəsində Bakı Modern Təhsil Kompleksində hər il olduğu kimi, valideynlərlə ənənəvi görüş keçirildi.

Görüş zamanı valideynlər övladlarına tədris ili boyunca dərs deyəcək müəllimlərlə yaxından tanış oldular. Həmçinin qarşıdakı tədris ilinin əsas istiqamətləri, tədris prosesinin təşkili, məktəb–valideyn əməkdaşlığı və il ərzində həyata keçiriləcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparıldı.

Bakı Modern Təhsil Kompleksi hesab edir ki, şagirdlərin uğurlu inkişafının təməlində məktəb, müəllim və valideyn arasında qurulan güclü əməkdaşlıq dayanır.