Taylor McCarey BMEC-də tarix müəllimi və Humanitar Elmlər rəhbəri kimi fəaliyyətə başlayıb
Taylor McCarey Bakı Modern Təhsil Kompleksinin beynəlxalq müəllim heyətinə Tarix müəllimi və Humanitar Elmlər bölməsinin rəhbəri kimi qoşulub. Kanadadan olan müəllim Cənubi Koreya, İtaliya, Kolumbiya və Rusiyada 15 illik beynəlxalq pedaqoji təcrübəyə malikdir.
Taylor McCarey IB Diploma Programme, MYP, Cambridge və A-Level proqramları üzrə geniş təcrübəyə sahibdir. O, University of Edinburghda Tarix üzrə MSc dərəcəsi alıb, həmçinin University of Windsor və Southern Cross Universitydə təhsil alıb.
Onun təcrübəsi, tənqidi düşüncə, konseptual öyrənmə və qlobal düşüncəyə yönəlmiş yanaşması BMEC şagirdlərinə dəyərli bilik və perspektiv qazandıracaq.
