Bakı Modern Təhsil Kompleksində yeni tədris ili başladı

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2026–2027-ci tədris ilinə start verilib.

Yeni tədris ilinin ilk günü məktəb həyatına ilk addımlarını atan 1-ci sinif şagirdlərinin qarşılanması ilə əlamətdar olub. Bu gün onlar üçün həyatlarında yeni mərhələnin başlanğıcı, bilik, inkişaf və gələcək uğurlarla zəngin uzun təhsil yolunun ilk səhifəsidir.

Bakı Modern Təhsil Kompleksi hər bir şagirdin akademik potensialını üzə çıxaran, fərdi inkişafını dəstəkləyən və onları dəyişən dünyanın imkanlarına hazırlayan müasir təhsil mühiti yaratmağa davam edir.

Yeni tədris ili bütün şagirdlər üçün böyük hədəflərin, dəyərli təcrübələrin və yeni nailiyyətlərin başlanğıcı olsun.