Bakı Modern şagirdləri Romada keçiriləcək beynəlxalq robototexnika olimpiadasına hazırlaşırlar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri 30 noyabr–4 dekabr tarixlərində İtaliyanın Roma şəhərində keçiriləcək Fibonacci Beynəlxalq Robototexnika Olimpiadasına hazırlıqlarını davam etdirirlər.
Robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirən şagirdlər beynəlxalq yarışa hazırlıq çərçivəsində innovativ texnoloji həllər üzərində çalışırlar. Bakı Modern Təhsil Kompleksi şagirdlərin potensialını beynəlxalq arenaya çıxarmağa, onların texnoloji və yaradıcı bacarıqlarını inkişaf etdirməyə davam edir.
