Fibonacci Beynəlxalq Olimpiadalarının regional çempionatı Bakıda keçiriləcək

View on Instagram

Növbəti Fibonacci International Olympiads – Azerbaijan Regional Championship 6–7 fevral 2027-ci il tarixlərində Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə Bakıda, Əl Oyunları Sarayında keçiriləcək.

Tədbir dörd istiqaməti əhatə edəcək: Fibonacci Robot Olympiads, ITECX College Congress, ITECX Engineering Congress və AI Music Olympiad. İştirakçılar innovativ ideya və layihələrini təqdim edəcək, beynəlxalq rəqabət mühitində potensiallarını nümayiş etdirəcək və nüfuzlu universitetlərin professorları tərəfindən qiymətləndiriləcəklər.

Proqram çərçivəsində robototexnika, innovativ texnologiyalar, elmi tədqiqatlar, mühəndislik layihələri, süni intellekt və musiqi istiqamətləri təqdim olunacaq. İştirakçılar beynəlxalq təcrübə və sertifikat əldə etmək imkanı qazanacaqlar.