Bakı Modern şagirdləri Romada keçiriləcək beynəlxalq robototexnika olimpiadasına hazırlaşırlar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin şagirdləri 30 noyabr–4 dekabr tarixlərində İtaliyanın Roma şəhərində keçiriləcək Fibonacci International Robotics Olympiad üçün hazırlıqlarını davam etdirirlər.

Robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirən şagirdlər beynəlxalq yarışa hazırlaşaraq innovativ texnoloji həllər üzərində çalışırlar.

Bakı Modern Təhsil Kompleksi şagirdlərinin potensialını beynəlxalq arenaya çıxarmağa, onların texnoloji və yaradıcı bacarıqlarını inkişaf etdirməyə davam edir.