Ege Universitetinin professoru ITECX Konqresində şagird layihələrini qiymətləndirib

View on Instagram

Türkiyənin Ege Universitetinin professoru Prof. Dr. Rüstem Barış Yeşilay ITECX College and Engineering 2026 Beynəlxalq Konqresində münsiflər heyətinin üzvü qismində iştirak edib.

Konqres çərçivəsində professor şagirdlərin elmi-tədqiqat işlərini və innovativ layihələrini akademik baxımdan qiymətləndirib, dəyərli fikir və tövsiyələrini bölüşüb.

ITECX College and Engineering gənc tədqiqatçıların elmi potensialının inkişafına göstərdiyi dəstəyə və konqresin akademik mühitinə verdiyi töhfəyə görə Prof. Dr. Rüstem Barış Yeşilaya təşəkkür edib.