VI sinif şagirdləri natiqlik müsabiqəsində bacarıqlarını nümayiş etdiriblər
Bakı Modern Təhsil Kompleksinin Azərbaycan və rus bölmələrinin VI sinif şagirdləri arasında natiqlik müsabiqəsi keçirilib.
Müsabiqə zamanı şagirdlər fikirlərini aydın ifadə etmək, auditoriya qarşısında inamla çıxış etmək və effektiv ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdiriblər. Təşəbbüs onların natiqlik, tənqidi düşünmə, kommunikasiya və liderlik bacarıqlarının inkişafına töhfə verib.



















