IB DP şagirdi Sofiya Kavalkova Edinburq Universitetinə qəbul olunub

View on Instagram

Kompleksimizin IB DP şagirdi Sofiya Kavalkova Edinburq Universitetinin Biologiya elmləri — Biokimya ixtisası üzrə bakalavr proqramına qəbul olunub.

Edinburq Universiteti Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biridir və yüksək akademik standartları və elmi tədqiqatları ilə beynəlxalq səviyyədə tanınır.

Bu uğur Sofiyanın əzmkarlığının, məqsədyönlü hazırlığının və təhsilinə məsuliyyətli yanaşmasının nəticəsidir. Sofiyanı və Xaricdə təhsil komandamızı təbrik edir, ona uğurlarının davamını arzulayırıq.