6-cı sinif şagirdləri natiqlik müsabiqəsində bacarıqlarını nümayiş etdiriblər
Bakı Modern Təhsil Kompleksinin Azərbaycan və rus bölmələrinin 6-cı sinif şagirdləri arasında natiqlik müsabiqəsi keçirilib.
Müsabiqə boyunca şagirdlər fikirlərini aydın ifadə etmək, auditoriya qarşısında inamla çıxış etmək və effektiv ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdiriblər.
Bu cür təşəbbüslər şagirdlərin natiqlik, tənqidi düşünmə, ünsiyyət və liderlik bacarıqlarının inkişafına töhfə verərək onların özünəinamlı və fikirlərini aydın ifadə edən fərdlər kimi formalaşmasına kömək edir.
