ITECX 2026 gənc tədqiqatçıları aparıcı akademik ekspertlərlə bir araya gətirdi
Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə keçirilən ITECX College and Engineering Congress 2026 beynəlxalq akademik mühiti gənc istedadların innovativ ideyaları ilə bir araya gətirən nüfuzlu elmi platformaya çevrildi.
Dünyanın aparıcı universitetlərini təmsil edən professor və akademik ekspertlərin iştirakı ilə keçirilən konqresdə müxtəlif məktəblərdən olan şagirdlər elmi tədqiqatlarını akademik heyət qarşısında müdafiə etdilər. Onlar professorların peşəkar qiymətləndirmələrini və tövsiyələrini almaq imkanı qazandılar.
ITECX 2026 gənc ideyaların beynəlxalq akademik mühitlə qovuşduğu, biliklərin real innovasiyalara çevrildiyi və gələcəyin alim və mühəndislərinin ilk böyük addımlarını atdığı bir platforma oldu. Bakı Modern Təhsil Kompleksi gənc istedadların elmi potensialının inkişafına və beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə töhfə verməkdən qürur duyur.
