Professor İslam İsgəndərov ITECX 2026 Konqresində şagird layihələrini qiymətləndirib

View on Instagram

Milli Aviasiya Akademiyasının “Aerokosmik cihazlar” kafedrasının müdiri, fəlsəfə doktoru, professor İslam İsgəndərov ITECX College and Engineering 2026 Beynəlxalq Konqresində fəxri qonaq və münsiflər heyətinin üzvü qismində iştirak edib.

Konqres çərçivəsində professor şagirdlərin təqdim etdikləri elmi-tədqiqat işlərini, texnoloji yenilikləri və innovativ layihələri elmi meyarlar əsasında qiymətləndirib, peşəkar rəy və tövsiyələrini bölüşüb.

Təşkilatçılar gənc tədqiqatçıların elmi potensialının inkişafına göstərdiyi dəstəyə, mühəndislik və texnologiya sahələrində akademik biliklərin təşviqinə, eləcə də konqresin elmi mühitinə verdiyi töhfələrə görə professor İslam İsgəndərova təşəkkür ediblər.