Professor Sami Mengütay ITECX 2026 Konqresinin Münsiflər Heyətində
Türkiyənin İstanbul Galata Universitetinin professoru Prof. Dr. Sami Mengütay ITECX College and Engineering 2026 Beynəlxalq Konqresində münsiflər heyətinin üzvü kimi iştirak edib.
Konqres çərçivəsində professor şagirdlərin elmi-tədqiqat işlərini və innovativ layihələrini akademik meyarlar əsasında qiymətləndirərək onların elmi düşüncə tərzinin, analitik bacarıqlarının və tədqiqat potensialının inkişafına töhfə verib.
Bakı Modern Təhsil Kompleksi Prof. Dr. Sami Mengütaya konqresin elmi mühitinə verdiyi dəyərli töhfəyə, gənc tədqiqatçılara göstərdiyi akademik dəstəyə və peşəkar iştirakına görə təşəkkür edir.
