Rumıniyalı universitet nümayəndəsi ITECX 2026-da şagird layihələrini qiymətləndirdi

View on Instagram

Rumıniyanın Transilvania University of Brașov universitetinin nümayəndəsi Dr. Ștefan Pîrlog ITECX College and Engineering 2026 Beynəlxalq Konqresində münsiflər heyətinin üzvü kimi iştirak edib.

Konqres çərçivəsində Dr. Pîrlog şagirdlərin elmi-tədqiqat işlərini və innovativ layihələrini qiymətləndirib, onların elmi yanaşmaları və yaradıcı ideyaları ilə bağlı peşəkar rəy və tövsiyələrini bölüşüb.

Gənc tədqiqatçıların elmi inkişafına göstərdiyi dəstəyə və konqresin akademik səviyyəsinə verdiyi dəyərli töhfəyə görə Dr. Ștefan Pîrloga təşəkkürümüzü bildiririk.