Şagirdlər Ümumdünya Uşaq Günündə Abdulla Şaiqin irsini yad etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 20 Noyabr – Ümumdünya Uşaq Günü və görkəmli Azərbaycan uşaq ədəbiyyatı nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində şagirdlər görkəmli ədibin zəngin ədəbi irsindən nümunələr təqdim edib, şeirlər səsləndirib və maraqlı çıxışlarla yadda qalıblar.

Tədbirdə fəxri qonaq qismində Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, şairin nəvəsi Ülkər Talıbzadə də iştirak edib. Onun çıxışı tədbirə xüsusi dəyər qatıb.