Balaca İzləyicilər Musiqili Teatrda Tamaşa İzləyiblər

View on Instagram

Kompleksimizin ibtidai sinif şagirdləri və uşaq bağçalarımızın məktəbəqədər hazırlıq qruplarının balaca üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrını ziyarət edərək “Bremen musiqiçiləri və Pen” tamaşasını izləyiblər.

Rəngarəng səhnə tərtibatı, maraqlı obrazlar və musiqi ilə zəngin tamaşa balaca izləyicilər üçün unudulmaz anlar yaradıb. Bu cür mədəni səfərlər uşaqların estetik zövqünün və yaradıcı təfəkkürünün inkişafına, eləcə də incəsənətə marağının artmasına töhfə verir.