Balaca İzləyicilər Musiqili Tamaşadan Zövq Alıblar

View on Instagram

Kompleksimizin ibtidai sinif şagirdləri və uşaq bağçalarımızın məktəbəqədər hazırlıq qruplarının balaca üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrını ziyarət edərək “Bremen musiqiçiləri və Pen” tamaşasını izləyiblər.

Rəngarəng səhnə tərtibatı, maraqlı obrazlar və musiqi ilə zəngin tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadıb.

Bu cür mədəni səfərlər uşaqların estetik zövqünün formalaşmasına, yaradıcı təfəkkürünün inkişafına və incəsənətə marağının artmasına töhfə verir.