Şagirdlər ITECX College and Engineering 2026 təcrübələrini bölüşüblər
ITECX College and Engineering 2026 Beynəlxalq Konqresində iştirak edən Bakı Modern Təhsil Kompleksinin şagirdləri müsahibələrində öz təəssüratlarını, təqdim etdikləri layihələri və qazandıqları təcrübələri bölüşüblər.
Onların fikirləri konqresin yalnız elmi biliklərin nümayişi deyil, həm də yeni ideyaların, yaradıcı düşüncənin və gələcəyə yönəlmiş hədəflərin formalaşdığı mühüm platforma olduğunu göstərib.
