Bakı Modern Təhsil Kompleksində yeni tədris ili başladı
Bu gün Bakı Modern Təhsil Kompleksində yeni tədris ilinin ilk günü xüsusi atmosfer və böyük həyəcanla qeyd olundu.
Kompleks şagirdlərin üzünə yenidən açıldı. Onlar gələcəklərini böyük hədəflərlə qurmağa davam edirlər. Yeni tədris ili biliklə yanaşı, inkişafın, kəşfin, özünüifadənin və yeni nailiyyətlərin başlanğıcıdır.
Bakı Modern Təhsil Kompleksi şagirdlərin potensialını üzə çıxaran, onları qlobal dünyaya hazırlayan və uğura aparan təhsil mühiti yaratmağı qarşısına məqsəd qoyur. BMTK ailəsinə ilham, inkişaf və böyük nailiyyətlərlə yadda qalacaq bir tədris ili arzulayırıq.



















