Bakı Modern Təhsil Kompleksi yeni tədris ilinə start verdi
Bu gün Bakı Modern Təhsil Kompleksində yeni tədris ilinin ilk günü xüsusi atmosfer və böyük həyəcanla qeyd olundu.
Kompleksin qapıları gələcəyini böyük hədəflərlə quran şagirdlərin üzünə yenidən açıldı. Yeni tədris ili biliklə yanaşı, inkişafın, kəşfin, özünüifadənin və yeni nailiyyətlərin başlanğıcı oldu.
Bakı Modern Təhsil Kompleksində hər yeni tədris ili gələcəyə qoyulan yeni bir sərmayədir. Məqsədimiz şagirdlərin potensialını üzə çıxaran, onları qlobal dünyaya hazırlayan və uğura aparan təhsil mühiti yaratmaqdır.
BMTK ailəsinə ilham, inkişaf və böyük nailiyyətlərlə yadda qalacaq bir tədris ili arzulayırıq.

















