Bakı Modern Təhsil Kompleksi yeni tədris ilində şagirdlərini qarşılayıb

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində yeni tədris ilinin ilk günü xüsusi atmosfer və böyük həyəcanla qeyd olunub.

Kompleksin qapıları gələcəyini böyük hədəflərlə quran şagirdlərin üzünə yenidən açılıb. Yeni tədris ili biliklə yanaşı, inkişafın, kəşfin, özünüifadənin və yeni nailiyyətlərin başlanğıcını qoyub.

Bakı Modern Təhsil Kompleksində hər yeni tədris ili gələcəyə qoyulan yeni bir sərmayədir. Məqsədimiz şagirdlərin potensialını üzə çıxaran, onları qlobal dünyaya hazırlayan və uğura aparan təhsil mühiti yaratmaqdır.

Bakı Modern Təhsil Kompleksi ailəsinə ilham, inkişaf və böyük nailiyyətlərlə yadda qalacaq bir tədris ili arzulayırıq.