Bakı Modern məzunları ali məktəblərə qəbulda uğur qazanıblar

Baku Modern graduates achieve success in university admissions

Bakı Modern Təhsil Kompleksinin məzunları dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitetlərdə təhsillərini davam etdirirlər. Azərbaycanda ali təhsil almağı seçən şagirdlərimiz də Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.

Şagirdlərimizin qazandığı hər bir nəticə onların illər ərzində göstərdiyi əzmin, məqsədyönlü hazırlığın və məktəbimizdə formalaşdırılan güclü akademik bazanın göstəricisidir.

Məqsədimiz hər bir şagirdin seçdiyi istiqamətdən asılı olmayaraq öz potensialını reallaşdırması və gələcəyinə inamla addımlamasıdır.

Məzunlarımızla qürur duyur, onları əldə etdikləri nəticələr münasibətilə təbrik edir və gələcək təhsil yollarında yeni uğurlar arzulayırıq.

View on Instagram